SON XƏBƏRLƏR

İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

2022.09.23, 10:38
İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

Gunaz.tv

O, ölkə daxilində təxribat törətmək istədiklərini iddia etdiyi iki nəfərin kimliyi barədə açıqlama verməyib, lakin onların sərhəd zolağında saxlanıldıqlarını deyib.

Qeyd edək ki, İran rəsmiləri son günlər ölkədə başlayan kütləvi etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə verməklə daha şiddətli repressiyalara hazırlanır.

Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanının bu iddiasının da, Tehran rejiminin hadisələrin bir tərəfini qonşu ölkələrlə əlaqələndirmək cəhdlərindən irəli gəldiyi ehtimal edilir.

Bundan öncə SEPAH-ın bülletenində Məhsa Əmininin öldürülməsi və ondan sonra başlayan etiraz aksiyalarda Azərbaycan, Türkiyə və İsrailin də əli olduğu, bunun Zəngəzuru ələ keçirmək üçün İranın başını daxili münaqişələrə qatmaq niyyəti ilə edildiyi barədə ittihamlar səsləndirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar