SON XƏBƏRLƏR

İran hökuməti terror qruplaşması üzvlərini həbs etdiyi barədə məlumat yayıb

2022.07.13, 10:32
İran hökuməti terror qruplaşması üzvlərini həbs etdiyi barədə məlumat yayıb

Gunaz.tv

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkənin şimal qərbində terror qruplaşması üzavlərinin həbs edildiyi barədə məlumat yayıb.

Məlumatda qruplaşma üzvlərinin İraq Kürdüstanından ölkəyə keçərək Qərbi Azərbaycan əyalətində terror aktı həyata keçirməyi planlaşdırdıqları iddia olunur.

Bununla yanaşı İran İnqilab Keşikçiləri Korpusunun Qərbi Azərbaycanda yerləşən Həmzə Seyid əl-Şühəda qərargahı və Qərbi Azərbaycan əyalətinin məhkəməsinin birgə yaydığı bəyanatda qrup üzvlərinin 10 nəfər separatçı olduğu və onların həmdə ölkənin əhəmiyyətli və stratejik müəssisələrində partlayışlar həyata keçirmək niyyətində olduqları qeyd olunub.

Xəbərdə qruplaşma üzvlərinin kimliyi və konkret olaraq hansı təşkilata bağlı olduqları barədə açıqlama verilməyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar