SON XƏBƏRLƏR

İran əhalisinin üçdə biri ölkədən getmək istəyir

2022.03.15, 07:52
İran əhalisinin üçdə biri ölkədən getmək istəyir

Gunaz.tv

Mərkəzin yaydığı məlumata görə, səsverməyə qatılanların 80% mühacirət arzularının əsas səbəblərindən biri kimi yoxsulluğu və digər iqtisadi problemləri göstəriblər.

Bununla yanaşı, elmi kadrlar, idmaçılar və ictimai-siyasi fəallarında İrandan getmək arzusunda olduqları qeyd olunur.

Bundan öncə 2020-ci ilin sonunda keçirilən sorğuların nəticələrinə görə, İran əhalisinin imkan yarandığı şəkildə kütləvi mühacirətə meyilli olduqları bildirilmişdi.

Son səsvermədə İran əhalisinin müxtəlif təbəqələri daha təhlükəsiz və daha sabit həyat sürmək, iqtisadi inkişafa nail olmaq üçün İranı tərk edib başqa ölkələrə, hətta qonşu ölkələrə mühacirət etməyi düşündükləri yazılıb.

Bu, inflyasiyanın artması, işsizlik, gələcəyə ümidsizlik, ölkədə fərdi, ictimai və siyasi azadlıqların məhdud olmasıilə bağlıdır.

Son illər ölkədən mühacirət edənlərin, özəlliklə alim və idmançıların mühacirətinin sayının artdığına görə, İran hökuməti onların xaricə getmələrinə icazə qarşılığında ağır girovlar tələb edir.

Buna baxmayaraq, son iki ildə çox sayda elm adamı və tanınmış idmançı müxtəlif simpoziumlar və idan yarışlarına qatıldıqdan sonra İrana qayıtmaqdan imtina ediblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar