SON XƏBƏRLƏR

İran hicabsızlığa qarşı yeni texnologiyalardan istifadə edəcək

2022.09.07, 05:50
İran hicabsızlığa qarşı yeni texnologiyalardan istifadə edəcək

Gunaz.tv

Böyük Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, İran hökuməti 2015-ci ildən bu ölkə vətəndaşlarına göz skanı, barmaq izləri və üz təsvirləri kimi məlumatları saxlayan “biometrik” şəxsiyyət vəsiqələri verir.

Tədqiqatçılar narahatdırlar ki, İran İslam Respublikası həm küçədə, həm də kiberməkanda məcburi hicab qaydalarını pozan insanları müəyyən etmək üçün ağıllı şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlardan istifadə edərək üz tanıma texnologiyasından yararlanmaqla insan hüquqları pozuntularını daha da şiddətləndirə bilər.

İranın "əxlaq polisi" qərargahının katibi Məhəmmədsaleh Haşimi Qolpayeqani bu yaxınlarda verdiyi müsahibədə hökumətin prezident İbrahim Rəisinin imzaladığı fərman əsasında ictimai yerlərdə qadınların geyiminə nəzarət etmək üçün üz tanıma texnologiyasından istifadə etməyi planlaşdırdığını açıqlayıb. 

"İran rejimi uzun müddətdir ki, geyim qaydalarını pozanları müəyyən etmək üçün üztanıma texnologiyasından istifadə etməyə çalışır. Bu rejim totalitar nəzarətin ənənəvi zorakı formalarını yeni texnologiyalarla birləşdirir"-deyə, Hollandiyanın Tvente Universitetinin tədqiqatçısı Azadə Əkbəri “The Guardian”a müsahibəsində bildirib.

Əkbəri, rejimin həm də bu vasitə ilə xalqa mesaj verdiyini və onların bütün hərəkətlərini nəzarətdə saxladığını bildirdiyini,  əhalini idarə etmək üçün qorxu üsullarından istifadə etdiyini qeyd edib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar