SON XƏBƏRLƏR

İran idmançıları Xankəndidə: Tehrandan daha bir sayğısızlıq

2021.12.29, 13:53
İran idmançıları Xankəndidə: Tehrandan daha bir sayğısızlıq

Gunaz.tv

Turnirdə İran idmançılarının da iştirak edəcəyinə dair məlumat yayılıb. 

Rəsmi Tehran bilir ki, Xankəndi Azərbaycan torpağıdır və orada separatçıların təşkil etdiyi istənilən tədbir qanunsuzdur. İran idmançılarının bu tədbirdəki iştirakı Azərbaycana qarşı açıq təxribatdır və bu, rəsmi Tehranın ölkəmizə qarşı səmimi olmadığının göstəricisidir.

Azərbaycan ictimaiyyətini haqlı sual düşündürür: Bu necə olur ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, ardınca da öz idmançılarını Xankəndinə göndərir!?


Maraqlıdır ki, İran Azərbaycanın Xankəndi şəhərində keçirilən qarışıq döyüş növləri üzrə idmançılarının iştirak etmədiyini açıqlayıb. Bu barədə “Sputnik Azərbaycan”a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır”-deyə, bildirişdə qeyd olunur.

Məlumatda bildirilir ki, buna görə də, bu döyüş növünün İran İslam Respublikasında heç bir federasiyası yoxdur: 
“Bu sahə ilə məşğul olanlar isə gizli və qeyri-qanuni fəaliyyət göstərirlər.

Dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur və onlar dünyanın istənilən yerində qeyri-qanuni olaraq yarışlarda iştirak edirlər”.

Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını vurğulayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar