SON XƏBƏRLƏR

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022.09.26, 10:55
İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

Gunaz.tv

Millinin "İnstaqram"dakı rəsmi səhifəsi bununla Sərdar Azmunun daha İranın seçmə komandasında yeri olmayacağına işarə edib.

Bu hadisə Sərdar Azmunun özünün instagram hesabında etdiyi paylaşımdan bir neçə saat sonra baş verib.

"Milli komanda üzvlüyü İran qadınlarının saçının bir telinə qurban olsun. İnsanları bu rahatlıqda öldürdüyünüzə görə sizə lənət olsun",-deyə, türkmən futbolçu özünün instaqram səhifəsində etdiyi paylaşımda bildirib.

Qeyd edək ki, İran Futbol Federasiyasına SEPAH-a bağlı Mehdi Tac rəhbərlik edir.

Dünya Futbol Federasiyası daha əvvəl yaydığı açıqlamada siyasətin idmandan ayrılmasının vacib olduğunu bildirmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar