SON XƏBƏRLƏR

İran kinosunun qadın aktrisaları cinsi zorakılıqla bağlı bəyanat yayıblar

2022.04.01, 14:20
İran kinosunun qadın aktrisaları cinsi zorakılıqla bağlı bəyanat yayıblar

Gunaz.tv

"Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyir, onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq.

Son aylarda qadınların cinsi zorakılığa qarşı bir hərəkat olaraq göstərdikləri səylər çərçivəsində sinema mühitində qadınların təcavüz və istismar olunması ilə bağlı məsələlər qaldırılıb"-deyə, 170 nəfərin imzaladığı bəyanatda yazılıb. 

Bəyanatın sonunda İran kinosunda güc və şöhrət sahibləri öz mövqelərindən qadınlara qarşı təhdid, təhqir və təcavüz üçün istifadə etdikləri qeyd olunub.

Bu bəyanat İran sinəmasında cinsi qısnama xəbərləri, o cümlədən rejissor köməkçisi Süməyyə Mirşəmsinin Fərhad Aslaninin ona qarşı cinsi təcavüzə cəhd etməsi ilə bağlı reportajlarından sonra verilib.

İranda bəzi silm sahəsinin xanım işçilərinin cinsi əziyyətə məruz qalması xəbərlərinin dərcindən sonra Kinematoqrafçılar və Rejissor Yardımçıları Assosiasiyasının idarə heyəti də bəyanat verərək, bu hərəkətləri pisləyib və ayrı-ayrı şəxsləri belə hərəkətlər qarşısında səssiz qalmamağa çağırıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar