SON XƏBƏRLƏR

İran Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verəcək

2022.07.12, 09:27
İran Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verəcək

Gunaz.tv

Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan açıqlama verib.

"Əldə etdiyimiz məlumatlara görə, İran hökuməti sürətlə Rusiyaya bir neçə yüz dron, o cümlədən silah daşıya bilən pilotsuz aparatlar göndərməyə hazırlaşır", - deyə Sallivan vurğulayıb.

O, habelə qeyd edib ki, İran Rusiya qüvvələrinə həmin insansız uçaqlardan istifadə üzrə təlim keçməyə hazırdır və bu təlimlər iyulun əvvəlində başlamalı idi.

Amerika rəsmisi sonda əlavə edib ki, İranın oxşar dronları əvvəllər bu ölkənin Yəməndə dəstəklədiyi husi üsyançılarına verilib və onlardan Səudiyyə Ərəbistanına hücum etmək üçün istifadə edilib.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarətində olan sosial media kanalları İranın Rusiyaya dron vermək xəbərini "dünyanın dron super gücü Rusiyanın dadına çatdı" başlşğı altında yayıb, Qərbin bunun qarşısında çarəsiz qalacağı barədə iddialar səsləndiriblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar