SON XƏBƏRLƏR

İran məhkəməsi məhkumun gözünün çıxarılması barədə qərar verib

2022.08.17, 07:50
İran məhkəməsi məhkumun gözünün çıxarılması barədə qərar verib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, gözünün çıxarılmasına məhkum edilən şəxs bundan öncə həyat yoldaşına qarşı zorakılıq edən şəxslə münaqişə zamanı onun gözünü zədələyib.

Tibbi Ekspertiza Mərkəzinin 8 həkiminin müttəhimin gözünün çıxarılacağı təqdirdə onun beyni və başqa orqanlarının da zədələnəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, tehran məhkəməsi qısas hökmünü təsdiq edib.

Qeyd edək ki, bundan öncə avqustun əvvəllərində də, Tehran Cinayət Məhkəməsi daha 3 məhkumun gözünün çıxarılması barədə qərar verib.

Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Konvensiyada qamçılama, amputasiya və ya şikəstetmə kimi alçaldıcı cəzaların tətbiqinin açıq şəkildə qadağan edilməsinə baxmayaraq, Tehran hökuməti məhkumlara qarşı orta əsr cəzalarını icra etməkdə davam edir. 

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar