SON XƏBƏRLƏR

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022.08.18, 07:31
İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

Gunaz.tv

10 il 4 ay həbs cəzasına məhkum edilmiş fəalın ictimai şəbəkələrdə fəaliyyətinə və siyasi, ictimai qruplara üzvlüyünə də qadağa qoyulub.

Vida Rəbbani 22 noyabr 2020-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu bölməsinə köçürülüb.

Dindirildikdən sonra 20 dekabr 2020-ci ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, "dini müqəddəsləri təhqir etmək", "zorakılığa çağırış" və "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə fəaliyyət aparmaq" kimi saxta ittihamlar əsasında həbs edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar