SON XƏBƏRLƏR

İran məhkəmə sisteminin başçısı etirazçılara qarşı təcili tədbir görməyi tələb etdi

2022.09.23, 05:58
İran məhkəmə sisteminin başçısı etirazçılara qarşı təcili tədbir görməyi tələb etdi

Gunaz.tv

O, bütün ölkə üzrə prokurorlara müraciətində etirazçıları "ictimai və dövlət əmlakına zərər vuran, polisə tabe olmayan və xarici casus xidmətləri ilə əlaqəli" adlandırıb və onlara layiqli cəzaların verilməsinin vacib olduğunu deyib.

Ejei də başqa Tehran rəsmiləri kimi narazıları "iğtişaşçı" adlandıraraq onların professional şəxslər tərəfindən təşkilatlandırıldıqlarını iddia edib.

Son bir neçə gündə Məhsa Əmininin öldürülməsinə yerli və beynəlxalq reaksiyaların geniş spektri ilə yanaşı, bəzi məhkəmə və hərbi rəsmilər etirazçıları və sosial media fəallarını təhdid etməyə başlayıblar.

Sentyabrın 21-də İran İnqilabı Keşikçiləri Korpusunun koordinatorunun müavini Məhəmməd Rza Nəqdi Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyalarını İranda kiber məkanın nəzarətsiz buraxılmasının nəticəsi adlandırıb və ona nəzarət tələb edib.

İran İnqilab Keşikçiləri Korpusu baş verən etirazları "fitnə" adlandırıb və məhkəmə sistemindən sosial mediada bu barədə məlumat yayan və çağırış edənlərə qarşı başqalarına ibrət dərsi ola biləcək ölçü götürməsini istəyib.

Etiraz aksiyaları zamanı hakimiyyət ictimai əmlakın dağıdılmasını aksiya iştirakçılarına aid etməyə çalışsalar da, bu dağıntıların bir çoxu hökumətə bağlı qüvvələr əli ilə edilr.

Hakimiyyətin təxribat törətmək və repressiyaları əsaslandırmaq üçün özünə bağlı şəxslərin və təhlükəsizlik məmurlarının vasitəsilə ümumi əmlaka ziyan vurmasını əks etdirən çox sayda videolar və faktlar mövcuddur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar