SON XƏBƏRLƏR

İran mediası erməni mövqeyini əks etdirir

2022.08.03, 18:23
İran mediası erməni mövqeyini əks etdirir

Gunaz.tv

SEPAH-ın nəzarətində olan "Fars" xəbər agentliyi və bu sosial şəbəkələri "Azərbaycan Respublikası Dağlıq Qarabağın bir neçə bölgəsini tutduğunu iddia edir" başlığı ilə məlumat yayıb.

Xüsusilə SEPAH-ın sosial şəbəkə hesablarında Azərbaycan Respublikası "Şimali əyalət" kimi adlandırılıb və Azərbaycanın İranın şimal əyaləti olduğuna eyham vurulub.

"Dağlıq Qarabağ bölgəsinin Müdafiə Nazirliyi çərşənbə günü yaydığı bəyanatda atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Artsax ordusunun 7 əməkdaşının yaralandığını açıqlayıb"-deyə, SEPAH saytı atəşkəsin Azərbaycan tərəfindən pozulduğu fikrini təlqin etməyə çalışıb.

Bununla yanaşı SEPAH-ın teleqram kanalı 6 saniyəlik video yayaraq İran ordusunun Araz qırağına ağır hərbi texnika daşıdığını iddia edib.

Sonuncu iddia ilə bağlı rəsmi Tehran açıqlama verməyib və məsələyə rəsmi dövlət saytlarında münasibət bildirilməyib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar