SON XƏBƏRLƏR

İran mediası İsraillə münasibətlərə görə Azərbaycanı hədələdi

2022.04.12, 12:21
İran mediası İsraillə münasibətlərə görə Azərbaycanı hədələdi

Gunaz.tv

 “Sionistlər Azərbaycan Respublikasında xərçəngvari kök salıblar. 

Sionistlərin Azərbaycanı İslam dünyasından ayırmaq cəhdi, öz kəşfiyyat və casusluq şəbəkəsi yaratmaq səyləri, habelə “Pegasus” casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının və jurnalistlərinin telefon danışıqlarını dinləməsi ölkə xalqının İsrailə dərin nifrətinin əsas səbəblərindəndir”-deyə, SEPAH-a məxsus olan “Tasnimnews” saytının Azərbaycana qarşı hədyan dolu xəbərində belə deyilir.

SEPAH-ın nəzarətində olan media orqanı “Azərbaycan xalqının sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı təxribat xarakterli hərəkətlər həyata keçirməsindən narahat” olduğunu iddia edib.

İsrailin Qarabağda yenidənqurma layihələri adı altında Azərbaycanda yerləşməsindən narahatlığını ifadə edib.

İsrailin Azərbaycan ərazilərindən İrana qarşı istifadə edə biləcəyi barədə ehtimallar irəli sürən sayt yenidən Azərbaycana qarşı təhdid mesajı ilə çıxış edib

Sayt bunun Azərbaycan üçün problemlər yaradacağı barədə xəbərdarlıq edib.

“Azərbaycan Prezidentinin İshaq Herzoqa məktub ünvanlayaraq Azərbaycan xalqı adından İsrailə başsağlığı verdiyi və ya öz şəxsi hisslərini ifadə etməsi aydın deyil”-deyə, sayt yazıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar