SON XƏBƏRLƏR

İran milli komandasının türk idmançısı İngiltərəyə sığınır

2022.05.21, 07:31
İran milli komandasının türk idmançısı İngiltərəyə sığınır

Gunaz.tv

Tanınmış üzgüçü deyib ki, İranın Üzgüçülük Federasiyası bir ay sonra Macarıstanda keçiriləcək üzgüçülük üzrə beynəlxalq yarışda onun iştirakına icazə vermədiyi deyib.

İdmançı bildirib ki, habelə bütövlükdə İran hökumətinin idmançılara lazımi şərait yaratmadığı üçün təxminən 1-2 ay öncə Böyük Britaniyaya gəlib və bu ölkədən sığınacaq almaq istəyir. 

Beləliklə o, rəsmən İran millisindən ayrıldığını dilə gətirib.

Xatırladaq ki, Balsini 2020-ci ildən 2021-ci ilədək keçən cəmi 1 il ərzində səkkiz dəfə qısa və uzun məsafələrə "kəpənək" kimi üzmək üzrə ölkə rekordunu yeniləyib.

Mətin Balsini əslən Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindəndir. 

 Qeyd edək ki, bundan öncə may ayının əvvəllərində İran millisinin keçmiş cüdoçusu Səid Mövlayi 3 illik müqavilə əsasında Azərbaycan millisinin tərkibinə qatılıb.

Bununla yanaşı aprel ayında İranın avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri də Azərbaycan Respublikasına mühacirət edib.

Əslən Güney Azərbaycanın Zəngan şəhərindən olan idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.

İranlı idmançıların Azərbaycan Respublikasına köçməsi İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar