SON XƏBƏRLƏR

İran millisi dünya çempionatına ağır məğlubiyyətlə başladı-Futbolçular dövlət himnini oxumadı

2022.11.21, 20:21
İran millisi dünya çempionatına ağır məğlubiyyətlə başladı-Futbolçular dövlət himnini oxumadı

Gunaz.tv

16:30-da Beynəlxalq Xəlifə stadionunda baş tutanq arşılaşma 6-2 hesabı ilə  İngiltərə millisinin xeyrinə başa çatıb.

Oyunun əvvəlində İran milli futbol komandasının oyunçularından heç biri İslam Respublikasının himnini oxumayıb və rəsmi televiziya bu hissəni senzura edərək başqa görüntülər nümayiş etdirib.

Xarici medianın verdiyi məlumata görə, İngiltərə komandası İran yığmasına qol vurduqda stadionda olan iranlılar sevinclərini ifadə edib.

Onlar İran hökumətinə qarşı "ölüm olsun diktatora" və digər şüarlar səsləndiriblər.

İranlı sosial media istifadəçiləri də oyunun nəticəsindən məmnunluqlarını ifadə edən paylaşımlar ediblər.

Oyun bitdikdən sonra Tehran şəhərinin Niyavəran, Şəhr Ziba, Səadətabad və Ekbatan bölgələrində aksiyalar başlayıb və hökumətə qarşı şüarlar səsləndirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar