SON XƏBƏRLƏR

İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

2022.06.25, 13:58
İran mollası həbsdəki əlaltısına görə Azərbaycanı hədələdi

Gunaz.tv

O, Taleh Bağırzadə və onun həbsdəki cinayət ortaqlarını özünün dostu adlandırıb və onların həbsdən buraxılmasını istəyib.

“Onlar islam dünyasının başqa bir bölgəsində olsalar da, əslində Qum şəhəri və İrana aid olduqları üçün müsəlman ümməti onlara qarşı həssasdır”-deyə, Əraqi həbs olunanların Qum mərkəzi və İran hökumətinə bağlı olduqlarını etiraf edib.

Mahmud Məhəmmədi Əraqi bəyanatının sonunda Azərbaycan Respublikasını “öz səhvlərini düzəltməyə” çağırıb.

Özəlliklə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) mediasında daha geniş yayılan bəyanatdan sonra radikal dini kəsim və panfarsist qruplar Azərbaycana qarşı çox sayda təhdid mesajları yazıblar.

Onlar köhnə iddiaları bir daha təkrar edərək Azərbaycan Respublikasını İsrailin sonuncu əyaləti adlandırıb və Tehran hökumətinin sərt tədbirlər görməsini istəyiblər. 

Qeyd edək ki, Mahmud Məhəmmədi Əraqi “Sistemin Məsləhətini Müəyyənləşdirən Təşkilati”, “Ekspertlər Məclisi”, “Mədəni İnqilab Ali Şurası” və “Mübariz Ruhanilər Cəmiyyəti”nin üzvüdür.

O və o statusda olan şəxslərin bəyanatları Əli Xameneyinin və İran hökumətinin mövqeyini əks etdirir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar