SON XƏBƏRLƏR

İranın Bağdaddakı səfirliyinin nümayəndəsinə silahlı hücum olub

2022.04.14, 08:38
İranın Bağdaddakı səfirliyinin nümayəndəsinə silahlı hücum olub

Gunaz.tv

İran mediasının yazdığına görə aprelin 12i günorta saatlarında baş verən hadisə nəticəsində avtomaşına ciddi ziyan dəyib.

Diplomatın güllə yarası alıb-almadığı bəlli deyil.

İran rəsmiləri iddia edib ki, İraqın xarici işlər nazirinin Tehrana səfərindən sonra belə bir hadisənin baş verməsi iki ölkə arasında münasibətlərin pozulmasına hesablanmış təxribatdır.

Qeyd etmək lazımdır ki, son illər İraq xalqı dəfələrlə İranın ölkələrinin daxili işlərinə müdaxiləsinə qarşı etiraz mitinqi keçiriblər. 

Bu mitinqlərdə İranın İraqın müxtəlif şəhərlərində yerləşən konsulluqlarının binaları, Qasım Süleymani və İran rəsmilərinin foroları yandırılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar