SON XƏBƏRLƏR

İranın Çabahar şəhərində etirazçılar dövlət idarələrinə girib, fərmandarlığın yandırıldığı deyilir-VİDEO

2022.09.27, 18:39
İranın Çabahar şəhərində etirazçılar dövlət idarələrinə girib, fərmandarlığın yandırıldığı deyilir-VİDEO

Gunaz.tv

Ölkədə baş qaldıran kütləvi etiraz aksiyalarına dəstək və 15 yaşlı yeniyetmə bəluç qızın polis rəisi tərəfindən zorlanmasına etiraz edən bəluçların aksiyaları genişlənib.

Gecə saatlarında Çabahar şəhərinin mərkəzində etirazçılara qarşı davamlı atəş açıldığı, qəzəbli bəluçların bir neçə dövlət idarəsini ələ keçirdiyi, fərmandarlıq binasını yandırıldığı bildirilir.

Qeyd edək ki, bir müddət bundan öncə Rask şəhərinin polis rəisi Çabahardan olan 15 yaşlı yeniyetmə qızı dindirmək adı ilə kabinetinə apararaq onu zorlayıb.

Tanınmış bəluç din xadimlərindən və Rask şəhərinin sünni cümə imamı Əbdülqafar Nəqşbəndinin məsələ ilə bağlı açıqlamasından sonra bəluçlar polis komandirinin cəzalandırılması istəyi ilə aksiyalar keçirməyə başlayıblar.

 Yeniyetməyə qarşı polis komandirinin zorakılığının üstündən bir ay keçməsinə baxmayaraq rəis barədə tədbir görülməməsi, rəsmilərin mövqe bildirməməsin etnik bəluçları dahada hiddətləndirib.

Onlar islam adı altında insanları edama məhkum edən, hicaba görə gənc qızları öldürən Tehran rejiminin 15 yaşlı uşağa qarşı edilən təcavüzkar barədə ölçü götürməməsini sünni bəluçlara qarşı ayrı-seçkilik və təhqir kimi qəbul etdiklərini bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar