SON XƏBƏRLƏR

İranın Zabol şəhərində iki etnik bəluç məhbus edam edilib

2022.08.27, 08:24
İranın Zabol şəhərində iki etnik bəluç məhbus edam edilib

Gunaz.tv

Bu gün avqustun 27-i səhər saatlarında İranın Sistan-Bəluçistan əyalətinin Zabol şəhərinin zindanında iki məhkum edam edilib.

Bəluç fəalların verdiyi məlumata görə, 44 yaşlı Qulamrza Kazimi və 35 yaşlı Rza Zəhməti əslən etnik bəluçdurlar və narkotik maddələrin alverində ittiham olunduqları üçün asılıblar.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son hesabatına görə, bu ilin əvvəlindən İranda 346 nəfər edam edilib, onlardan ən azı 103-ü etink bəluç vətəndaşlardır.

Hesabata görə, bəluçlar İran əhalisinin 5%-i təşkil etdikləri halda edam edilənlərin 30%-i bəluçlardır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar