SON XƏBƏRLƏR

İranın Mahşəhrdəki neft-kimya zavoduna silahlı basqın olub

2022.02.26, 08:15
İranın Mahşəhrdəki neft-kimya zavoduna silahlı basqın olub

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb. 

Məlumatda basqın zamanı 11 avtomobilin yandırıldığı, hadisə yerinə çox sayda yanğınsöndürmə və polis dəstələrinin göndərildiyi qeyd olunub.

Basqının kimlər və hansı qrup tərəfindən edilməsi barədə məlumat yaymayan İran mediası, bundan öncə oxşar hadisələrin “xarici dövlətlərə bağlı terrorçu qruplar” tərəfindən törədildiyini yazıb.

Qeyd edək ki, İran hüquq-mühafizə qüvvələrinin baş komandanlığı 8 dekabr 2021-ci ildə bəyanat yayaraq, Mahşəhr şəhərində bir “terrorçu dəstə” nin zərərsizləşdirildiyini, üzvlərinin isə həbs edildiyini iddia etmişdi.

Bəyanatda zərərsizləşdirilən “terrorçu dəstə” üzvlərinin kimliyi və sayı barədə dəqiq məlumat vermədən onların xarici ölkələrdə fəaliyyət göstərən “əksinqilabçı” cərəyanlara və xarici ölkələrin kəşfiyyat orqanlarına bağlı bir qrup olduqları qeyd olunmuşdu.

 

15700948_830.jpg

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar