SON XƏBƏRLƏR

İranın Çahar Mahal və Bəxtiyari əyalətində su üsyanı davam edir: Rejim əleyhinə kəskin şüarlar səsləndirilib - FOTOLAR

2021.11.23, 12:15
İranın Çahar Mahal və Bəxtiyari əyalətində su üsyanı davam edir: Rejim əleyhinə kəskin şüarlar səsləndirilib - FOTOLAR

Gunaz.tv

Yayılan məlumata əsasən, ostandarlıq binası qarşısında və Şəhri Kürdün daha bir neçə məhəlləsində toplaşan miunlərlə etirazçı Çahar Mahal və Bəxtiyari əyalətinin suyunun digər əyalətlərə, o cümlədən də İsfahan, Yəzd və Kirmana yönləndirilməsinə, rəsmilərin yerli əkinçilərin ağır durumuna biganə yanaşmasına etiraz bildiriblər.

Etirazçılar dünən rəsmilərə qarşı səsləndirdikləri şüarlarda ilk dəfə olaraq,rəsmiləri  problemləri həll edilməyəcəyi təqdirdə silahla sarılacaqları ilə təhdid ediblər. 

“Bura Çahar Malaldır, burdan su aparmaq olmaz”, Mafiaya ölüm”, "Dövlət teleradiomuz bizim üçün utanc, birabırçılıqdır” və “Qorxun o gündən ki, elimiz və tayfamız Berno silahına sarılsın” və bu kimi digər şüarlar səsləndirən etirazçı kəndlilər və əkinçilər əyalət sakinlərinin üzləşdiyi su çatışmazlığının, eləcə də içməli su probleminin aradqan qaldırılmasını tələb ediblər.

Xatırladaq ki, noyabrın 19-da İranın İsfahan şəhərində də yüz minlərlə əkinçi hökumətin tarixi Zayəndərud çayını qurutmasına qarşı etiraz mitinqi keçirmişdilər.

جمعی از مردم چهارمحال و بختیاری مطالبه خود پیرامون آب را مطرح کردند - ایرنا

دومین تجمع شهرکردی‌ها در اعتراض به بی‌آبی | خبرگزاری فارس

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar