SON XƏBƏRLƏR

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021.12.05, 12:47
İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

Gunaz.tv

Bu barədə İran mediası dekabrın 4-ü axşam saatlarında məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan bir videoda İran helikopterinin qəzaya uğramış naməlum pilotsuz uçuş aparatını yerbəyer etməsi müşahidə edilir.

Kuhrəng şəhərinin yerli məsulları həmin video görüntülərinin doğru olduğunu təsdiqsələr də, qəzanın detallarını və naməlum pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olması barədə hər hansı bir fikir irəli sürməkdən imtina ediblər.

Bununla belə, İranın “Həmşəhri” qəzeti Twitter” hesabında paylaşım edərək, naməlum pilotsuz uçuş aparatının İranın “Simurq” , Amerikanın isə “RQ-170” pilotsuz aparatlarına bənzədiniyini iddia edib.

İranın rəsmi mənbələri qəzaya uğramış naməlum pilotsuz uçuş aparatının mənşəyi və hansı bir ölkəyə məxsus olmasını açıqlamayıblar. 

Həmçinin qəzaya uğramış naməlum pilotsuz uçuş aparatın Nətənz nüvə təsisatı yaxınlığında baş verən dəhşətli partlayışla əlaqədar olub-olmaması açıqlanmayıb.

سقوط پهپاد در کوهرنگ

انتقال پهپاد با جرثقیل در ارتفاعات کوهرنگ

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar