SON XƏBƏRLƏR

İranın “Parçin” hərbi bazasındakı partlayış PUA-ların hücumu nəticəsində baş verib

2022.05.28, 05:58
İranın “Parçin” hərbi bazasındakı partlayış PUA-ların hücumu nəticəsində baş verib

Gunaz.tv

Nüfuzlu nəşr bazanın pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığı və zərbə zamanı Müdafiə Nazirliyinin yüksək rütbəli komandirləri, hərbi mütəxəssislərin orada toplantı keçirdikləri yazılıb.

Qəzet adlarının çəkilməsini istəməyən üç iranlı qaynağa istinadən “Kuadkopter” adlanan uçuş aparatlarının bazaya yaxın yerdən qalxdıqlarını və bu məlumatın Amerika qaynaqları tərəfindən də təsdiqləndiyini qeyd edib.

“The New York Times” qəzeti “Koadkopter”lərin hansı ölkəyə məxsus olduğu barədə açıqlama verməyib. 

Qeyd edək ki, iki gün öncə İranın raket proqramının inkişafı ilə məşğul olan əsas mərkəzlərdən biri sayılan və Tehranın yaxınlığında yerləşən Parçində partlayış baş verib.

İran mediası qəza adlandırdığı partlayış nəticəsində Ehsan Qədbeygi adlı mühəndisin öldüyünü, başqa bir mütəxəssisin ağır yaralandığı və xəstəxanaya köçürüldüyü yazılıb. 

Parçindəki yeni “qəza” son iki ildə İranın bəzi həssas nüvə obyektlərinin hədəfə alındığı vaxta təsadüf edir. Bəzi hallarda İran rəsmiləri belə hadisələri İsrail və Qərbin “nüfuzu” və ya təxribat əməlləri ilə əlaqələndirirlər.  

Cavid
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar