SON XƏBƏRLƏR

İranın baş prokuroru hicabla bağlı yeni açıqlama verdi

2023.01.10, 16:06
İranın baş prokuroru hicabla bağlı yeni açıqlama verdi

Gunaz.tv

Baş prokurorun müavini Əbdülsəməd Xürrəmabadi yanvarın 10-da mediaya verdiyi açıqlamada bu barədə danışıb və bununla yanaşı Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeinin də məsələ iıə bağlı əlavə göstərişlər verdiyini deyib.

Qulamhüseyn Ejei ölkə prokurorları, Ümumi və İnqilab Məhkəmələrinə göndərdiyi sərəncamda məcburi hicabla bağlı qaydalara əməl etməyənlərə qarşı əlavə cəzaların tətibiq olunmasını istəyib.

Sərəncamda hicab qaydalarını pozanlara qarşı cərimədən başqa 6 ay müddətinə ölkədən çıxışına qadağa, işdən çıxarma, sürgün, dövlət işlərindən uzaqlaşdırma və başqa bu kimi cəzaların verilməsi tələb olunub.

Qeyd edək ki, bu, İran rəhbəri Əli Xameneyinin yanvarın 9-da İranda etirazçıları xain adlandırması, hicabsızlara və nümayişçilərə qarşı qəti addımların atılması barədə çıxışından sonraya təsadüf edir.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar