SON XƏBƏRLƏR

İranın dövlət və özəl təşkilatlarının saytlarına kiber hücum olunub

2022.04.25, 10:50
İranın dövlət və özəl təşkilatlarının saytlarına kiber hücum olunub

Gunaz.tv

İranın İnformasiyaların İstehsalı və Mübadiləsinin Təhlükəsizliyinin İdarə Edilməsi Mərkəzinin rəis müavini Mahmud Xaliqidoxt ölkə infrastrukturuna geniş kiber hücumların edilməsi barədə məlumat verib.

"Kiber hücum edənlər bu əməlləri ilə ölkənin yüzdən çox özəl və dövlət struktrundakı veb-saytlara təsir göstərsələr də, mərkəzin əsas məlumatını əldə edə bilməyiblər və ilkin mərhələdə hücumun qarşısı alınıb"-deyə, o bildirib.

"Afta" İdarəetmə və Strategiya Mərkəzinin inkişaf və qiymətləndirmə şöbəsinin rəis müavini Meysəm Məqsudi Qudərzi isə məsələ ilə bağlı verdiyi açıqlamada hücumun İranın dövlət təşkilatlarının ən çox istifadə olunan proqram təminatından birindəki əmniyət boşluğu vasitəsilə həyata keçirildiyini söyləyib.

Onun iddiasına görə, kiber hücum zamanı ölkənin infrastrukturuna hər hansı ziyan dəyməyib və yalnız saytların məlumatları əldə edilib. 

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar