SON XƏBƏRLƏR

"Tehrandan vəsait ummayın, yerli imkanlardan istfadə edin"-İranın daxili işlər naziri

2022.03.16, 08:35
"Tehrandan vəsait ummayın, yerli imkanlardan istfadə edin"-İranın daxili işlər naziri

Gunaz.tv

“Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər. Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, daxili işlər naziri bildirib.

Bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəi Xurrəm mediaya verdiyi açıqlamada əyalətin yarımçıq qalmış layihələrdən danışmışdı.

“İnkişaf və tikinti layihələri tamamilə nazirliklərin ixtiyarında ikən, bu layihələrin problemlərinin həlli valiliklərin üzərinə düşür.

Halbuki, valiliklərə bu layihələrlə bağlı heç bir səlahiyyət verilməyib. Təəssüf ki, tikinti layihələrinin kreditləri əyalətlərin iqtisadi göstəricilərinə uyğun bölüşdürülmür”- deyə, vali bildirib.

Vali Tehran hökumətinin əyalətlərin səlahiyyətlərinin artırılmasını və valiliklərin gücləndirilməsini təklif edib. 

“Layihələrə kredit ayrılması həmin layihələrin irəliləyişinə əyalətin prioritetlərinə uyğun olmalıdır”-deyə, o, Şərqi Azərbaycanın ehtiyaclarına görə yetərli büdcə ayrılmadığını deyib.

Daxili işlər naziri Əhməd Vəhidinin açıqlaması Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəmin büdcə ilə bağlı tənqidi çıxışına cavab kimi dəyərləndirilib.

Cavidam
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar