SON XƏBƏRLƏR

İranın keçmiş prezidentinin qızı Faizə Haşimi mühakimə olunub

2022.12.03, 13:25
İranın keçmiş prezidentinin qızı Faizə Haşimi mühakimə olunub

Gunaz.tv

Bu barədə Faizə Haşiminin vəkili Nida Şəms açıqlama verib.

Onun sözlərinə görə, müvəkkilinin dekabrın 2-də "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmə, İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq" ittihamları ilə mühakimə olunur.

Vəkil Nida Şəms dekabrın 2-də yazdığı tvitində bu üç ittihamın Faizə Haşiminin həbsindən sonra məhkəmənin ilk iclasında ona izah edildiyini açıqlayıb.

Faizə Haşimi sentyabrın 27-i gecə saatlarında təhıükəsizlik məmurları tərəfindən Tehranın şərq bölgəsində həbs edilib.

İran mediası Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvünün son aksiyalarda iştirak etməsi və insanları nümayişlərə çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.

Xüsusilə SEPAH-a yaxın media orqanları Faizə Haşimini xarici qüvvələrlə birgə ölkədə iğtişaş yaratmaq və hakimiyyəti devirməyə çalışdığı barədə iddialar irəli sürüblər.

Bundan bir neçə gün öncə Faziə Haşimi rejimin tətbiq etdiyi məcburi hicab qaydalarına əməl etmədiyinə görə Məhsa Əmininin İranın əxlaq polsi tərəfindən öldürülməsini pisləyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar