SON XƏBƏRLƏR

İranın Mehran şəhərində minanın partlaması nəticəsində 4 yeniyetmə ağır yaralanıb

2022.01.07, 10:49
İranın Mehran şəhərində minanın partlaması nəticəsində 4 yeniyetmə ağır yaralanıb

Gunaz.tv

Yayılan məlumata görə, hadisə Mehran şəhərinin Kəncançəm məntəqəsində baş verib.

Bildirilir ki, İran-İraq savaşından qalan minanın naməlum səbəbə görə partlaması yerli kənd sakinlərindən və fermer ailələrindən olan həmin yeniyetmələrin ağır yaralanmasına səbəb olub.

Qeyd edilir ki, partlayış hadisəsində ölən olmasa da, ağır bədən xəsarəti yeniyetmələrdən bəziləri bir və ya iki ayağını itirərib.

Yaralıların Mehran şəhərinin xəstəxansına yerləşdirildiyi bildirilir. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar