SON XƏBƏRLƏR

İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

2022.09.25, 10:57
İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

Gunaz.tv

O, saxlanılanların sayı və kimliyi barədə açıqlama vermədən ötən illin eyni dövrü ilə müqayisədə aşkarlanan silah sayının 50 faiz, silah qaçaqmalçılığı ilə məşğul olan saxlanılanların isə 30 faiz artığını deyib.

Qeyd edək ki, dinc kütləvi etiraz aksiyalarının genişlənməsindən qorxuya düşən Tehran rejimi sentyabrın 23-ü, aksiyaların 7-ci günündə bir neçə belə oxşar iddia ilə çıxış edib.

Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi mediaya verdiyi açıqlamada əyalətin Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü iddia edib.

Eyni halda SEPAH-ın sentyabrın 23-ü gecə saatlarında yaydığı məlumatda Təbrizdə etiraz aksiyalarının keçirildiyi bir neçə yerdə əldə qayyırma bombaların aşkar edilərək götürüldüyü qeyd olunub.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məlumatında bunun İran Xalq Mücahidləri Təşkilatı və şahçıların əməli olduğu, aksiyalardan maksimum istifadə etmək üçün vətəndaşları hədəf aldıqları iddia edilib.

Bununla yanaşı Kürdüstan əyalətinin polis idarəsi sentyabrın 23-ü səhər saatlarında yaydığı məlumatda əyalətin Divandərə şəhərində Amerika istehsalı olan 65 avtomat döyüş silahının aşkarlanaraq götürüldüyünü bildirib.  

İran rəsmilərinin son günlər ölkədə başlayan kütləvi dinc etiraz aksiyalarını xarici ölkələrə bağlayıb, narazıları terrorist kimi qələmə vermək, onlardan silah-sursat tapılması barədə məlumatlar yaymaqla özünün əməllərinə bəraət qazandırmaqla yanaşı daha şiddətli repressiyalara hazırlandığı ehtimal edilir.   

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar