SON XƏBƏRLƏR

İranın Gilan əyalətində polis qadınlara qarşı gözyaşardıcı qazdan istifadə edib-VİDEO

2022.04.29, 07:39
İranın Gilan əyalətində polis qadınlara qarşı gözyaşardıcı qazdan istifadə edib-VİDEO

Gunaz.tv

Gilan əyalətinin Polis İdarəsinin rəis müavini Fərsad Rəsulzadə həbsləri təsdiq edib və bunun əyalətin məhkəmə və prokurorluğunun qərarı əsasında həyata keçirildiyini bildirib.

Sosial media fəallarının yaydıqları videolardan hökumət məmurlarının etirazçılara qarşı zor tətbiq etdiyi və onları dağıtmaq üçün havya atəş açdıqları, gözyaşardıcı qazdan istifadə etdikləri görünür.

Qeyd edək ki, bir neçə həftə bundan öncədən Səravan bölgəsinin əhalisi antisanitar tullantıların meşə sahəsində basdırılmasına və neçə illərdir məişət tullantılarının bölgəyə daşınmasına etiraz edib, məişət tullantılarını daşıyan maşınların bölgəyə girişinin qarşısını alıblar.

Yerli məsullar əhalinin dinc etirazlarını təxribata cəhd kimi qələmə verib və problemin həlli əvəzinə bir neçə etirazçını həbs ediblər.

Bundan sonra etirazlar dahada kütləviləşdiyi üçün hökumət bölgəyə əlavə pols və silahlı qüvvələr cəlb edib, onlarla etirazçı tutulub və barələrində qondarma ittihamlarla cinayət işi açılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar