Sistan və Bəluçistanda geniş etiraz aksiyaları keçirilib- Ölənlər var

26.11.2022, 07:51

"Ələrəbiyyə" xəbər agentliyinin verdiyi məlumata görə, noyabrın 25-i günorta saatlarından İranın Sistan və Bəluçistan əyalətinin Xaş və Zahidan şəhərlərində etiraz aksiyaları başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Bildirilir ki, sünni məzhəbli bəluçların Məkki məscidindəki cümə namazından sonra küçələrə axışan etnik bəluçlar İran rəhbəri Əli Xameneyiyə qarşı şüarlar səsləndiriblər.

Məlumatda hökumət qüvvələrinin etirazçılara qarşı odlu silahlardan bir başa atəş açdıqları, bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid etirazçılara müraciət edərək hökumət məmurlarının atəşindən mühafizə olunmaq üçün məscidə girmələrini istəyib.

"Əl-Ərəbiyyə" yerli əhaliyə istinadən adı çəkilən iki şəhərin müxtəlif məhəllələrində şiddətli atəş səslərinin eşidildiyini yazıb.

Yerli mənbələrin verdiyi məlumata görə, hökumət məmurlarının açdığı atəş nəticəsində 4 etnik bəluç ölüb 10 nəfər isə yaralanıb.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-da hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Azadlıq səsi”- “Azərbaycanın Tehrandakı səfirliyinə terrorun pərdəarxası” və “Xoy şəhərində zəlzələ”- VİDEO

2023-01-30

gun az article

Günaz.TV-də müzakirə: “Xoyda zəlzələ fəlakəti” -VİDEO

2023-01-30

gun az article

Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış etdi

2023-01-30

gun az article

Təbrizdə zəlzələdən zərər görənlərə yardım mərkəzi yaradılıb

2023-01-30

gun az article

Ərdəbil Universitetində Pişəvərinin fotoları yayıldı

2023-01-30

gun az article

Xiyavda işçilər etiraz aksiyası keçiriblər

2023-01-30

gun az article

Güneylilər Tehranda Azərbaycan səfirliyinin qarşısına gül çələngləri qoyub

2023-01-30

gun az article

Xoyda yenidən zəlzələ oldu

2023-01-29

gun az article

Güneyli xanım fəal həbsxanaya köçürülüb

2023-01-29

gun az article

Xoyda zəlzələ: İran dövləti güneyli soydaşlarımızı planlı şəkildə soyuqdan dondurur-VİDEO

2023-01-29

gun az article

Xoy zəlzələsində ziyan görənlərin sayı artıb-FOTOLAR

2023-01-29

gun az article

Xoydakı zəlzələnin törətdiyi fəsadlar-FOTOLAR

2023-01-29

gun az article

Tufarqanda güclü yanğın

2023-01-29

gun az article

“Dəyirmi masa”da müzakirə: “Azərbaycan böyükelçiliyinə silahlı saldırı”-VİDEO

2023-01-29

gun az article

Həmədanda hərbi hava qüvvələrinin bazasına hava hücum olub

2023-01-29

gun az article

Xoyda zəlzələdə ölən və yaralananların sayı açıqlanıb

2023-01-29

gun az article

İranda daha 4 məhkum edam edilib

2023-01-28

gun az article

Güneydə Azərbaycanla həmrəyliyə çağırış edilib

2023-01-28

gun az article

Təbrizdə milli fəal həbs edilib

2023-01-28

gun az article

Zənganlı fəal həbsxanaya köçürülüb

2023-01-28