SON XƏBƏRLƏR

"ETTELAAT naziri edamların əsas səbəbkarı idi"-İranın keçmiş Baş prokuroru

2022.08.02, 08:57
"ETTELAAT naziri edamların əsas səbəbkarı idi"-İranın keçmiş Baş prokuroru

Gunaz.tv

O, kəşfiyyat (ETTELAAT) naziri Məhəmməd Məhəmmədi Reyşəhrinin bu kütləvi edamlarda əsas rol oynadığını bildirib.

"İnsafnews"ə müsahibə verən keçmiş Baş prokuror kəşfiyyat nazirinin Xomeyniyə məktub yazaraq tövbə etməyən məhbusların yenidən mühakimə olunmasını istədiyini, inqilab rəhbərinin isə bununla razılaşdığını deyib.

Hüseyn Musəvi Təbrizi xüsusilə Xalq Mücahidləri Təkilatının tərəfdarlarının daha çox edam edildiyini, onların bir çoxunun heç bir əməliyyatda iştirak etmədiyi halda barələrində ölüm hökmü verildiyini qeyd edib.

O, hakimlərin məsləhəti və təklifləri olmasaydı daha çox insanın edam ediləcəyinin qaçılmaz olduğunu iddia edib.

Musəvi Təbrizi İran prezidenti İbrahim Rəisinin də daxil olduğu və minlərlə siyasi məhbusun bir neçə dəqiqəlik formal xarakterli mühakimədən sonra edamına qərar verən "ölüm heyəti"nin qəddarlığına işarə edir.

Hüseyn Musəvi Təbrizinin kütləvi edamlarla balı dedikləri bu günə kimi İran rəsmiləri tərəfindən bu barədə verilən ilk açıqlamadır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar