SON XƏBƏRLƏR

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022.08.09, 09:03
"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

Gunaz.tv

Mirhüseyn Musəvi özünün yaydığı yeni yazısında Tehran hökumətinin xüsusilə son ildə yürütdüyü siyasəti və Suriyaya müdaxiləsini qınayıb.

O, hazırkı hökumətin müqəddəslərin adından su-istifadə etdiyini, "Hərəm müdafiəçiləri" adı altında Suriyaya ordu göndərib uşaq öldürən bir rejimə dəstək verdiyini yazıb.

Musəvi bölgədə baş verən mənfi dəyişiklikləri, Suriyada milyonların qaçqın düşməsini və yüz minlərlə insanın ölümünü, Livan Hizullahının bədnmlığını, İŞİD-in yaranmasını, Yəməndə dini və etnik savaşların baş verməsini, ərəb ölkələrinin İsraillə yaxınlaşmasının kökündə İranın pis niyyətili əməllərinin olduğunu deyib.

Ev həbsində olan keçmiş baş nazir İranda hakimiyyətin irsi olma ehtimalı barədə xəbərdarlıq edərək bunun daha dəhşətli nəticələrə səbəb olacağını bildirib.

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və İran parlamentinin keçmiş başçısı Mehdi Kərrubi 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar.

Həmin seçkilərdə Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar.

İranın dini lideri Əli Xameneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

İran hökumətinə müxalif təşkilatlar Mirhüseyn Musəvinin 1988-ci ildə baş nazirliyi dövründə İran zindanlarında siyasi məhbusların kütləvi edamına göz yumduğunu deyir, onun da başqa məsul şəxslər kimi törədilən cinayətlərə görə məsuliyyət daşıdığını bildirirlər. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar