SON XƏBƏRLƏR

"İranın məhbuslara münasibəti İsraildən də pisdir"- Rəfsəncaninin qızı

2022.09.17, 09:15
"İranın məhbuslara münasibəti İsraildən də pisdir"- Rəfsəncaninin qızı

Gunaz.tv

Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimi Klab haus-da etdiyi çıxışında İran hökumətinin məhbuslara qarşı davranışının İsraildən də pis olduğunu deyib.

"İsrail hökuməti aclıq aksiyası keçirən qadını azad etdiyi halda, İran hökuməti tənqidi fikirləri olduğuna görə həbs etdiyi bu qədər məhbusun aclıq aksiyasına əhəmiyyət vermir"-deyə, Haşimi bildirib.

Qeyd edək ki, Faizə Haşimi bundan öncə İran hökumətini İsraili hədəf almasına baxmayaraq özünün İsraildən daha qəddar metodlara əl atdığı, qırğınlar törədənlərlə əlbir olduğu barədəçıxışlar edib.

O, Tehranın hazırkı hakimiyyətini tənqid etdiyi üçün barəsində bir neçə cinayət işi açılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar