SON XƏBƏRLƏR

İranın İlam və Rəşt şəhərlərində daha 4 məhkum edam edilib

2022.01.21, 12:45
İranın İlam və Rəşt şəhərlərində daha 4 məhkum edam edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, məhkumlardan 3-ü, Hamid Mənuçehri, Məhəmməd Kərim Nejad və Sübhan Şohani yanvarın 20-si səhər saatlarında İlam şəhərinin həbsxanasında dara çəkilib.

Yayılan məlumata görə, həmin gün eyni ittihama görə, daha bir məhkum 55 yaşlı Əli Yəzdani Rəşt şəhərinin mərkəzi zindanında dar ağavcından asılıb.

Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

edam-4-300x191.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar