SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: "Bölgədə geosiyasi dəyişikliklərə qarşıyıq"

2022.07.07, 07:40
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: "Bölgədə geosiyasi dəyişikliklərə qarşıyıq"

Gunaz.tv

Əli Şəmxani Ermənistan və Azərbaycan arasında hər iki ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına dair fikirlər səsləndirib.

İran mediasının verdiyi məlumata görə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroyanla görüşən Əli Şamxani jurnalistlərə açıqlamasında İranın hazırkı hökumətinin qonşu və region dövlətləri ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə dair “prinsipial siyasətinə” toxunaraq Ermənistana səfərini bu kontekstdə şərh edib.

Regiondaxili əməkdaşlıq yolu ilə bölgədə sülh və sabitliyin bərqərar olması üçün göstərilən səylərdən danışan Şamxani “Buna görə də, biz 3+3 kimi formatları dəstəkləyirik”-deyə, əlavə edib.

O, İran rəsmilərinin bundan öncəki fikirlərini təkrar edərək bir daha İranın bölgədə geosiyasi dəyişikliklərə səbəb olacaq istənilən addımın əleyhinə olduğunu deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar