SON XƏBƏRLƏR

İranın Kənd Təsərrüfatı Nazirliyinin saytlarına kiber hücum edilib

2022.04.26, 09:19
İranın Kənd Təsərrüfatı Nazirliyinin saytlarına kiber hücum edilib

Gunaz.tv

Bu dəfə aprelin 25-də İranın Kənd Təsərrüfatı Nazirliyinə məxsus sistemlərin 50 "domain"-nə kiber hücum edilib.

Hücumla balı yayılan məlumatlarda bunun İrana müxalif "Xalq Mücahidləri Təşkilatı"nın tərəfdarı olan "Qiyamdan devirməyə qədər" adlı kiber qrup tərəfindən həyata keçirildiyi bildirilir.

Hücum nəticəsində saytlar ələ keçirilib və Kənd Təsərrüfatı Nazirliyinin saytında "Xalq Mücahidləri Təşkilatı"nın başçısı Məsud Rəcəvi və "İran Milli Müqavimət Şurası"nın başçısı Məryəm Rəcəvinin fotoları ilə yanaşı, İranın ali rəhbəri Əli Xamneyinin üzərinə qırmızı rəngdə X çəkilmiş şəkli yerləşdirilib. 

Xatırladaq ki, ötən gün İran ölkənin müəyyən infrastrukturlarına qarşı kiber hücum həyata keçirildiyi barədə məlumat yaymışdı.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar