SON XƏBƏRLƏR

İranın neft emalı zavoduna kiber-hücum olub

2022.06.30, 08:26
İranın neft emalı zavoduna kiber-hücum olub

Gunaz.tv

Verilən məlumata görə, kiber-hücumdan sonra Osləviyyədəki  "Cənubi Pars kompleksi"nin dördüncü neft emalı zavodunun elektronika və telekommunikasiya departamentlərinin bütün şəxsi heyəti hazır vəziyyətə gətirilib.

Kiber-hücum nəticəsində neft emalı zavodunun adı çəkilən bölməsinin fəaliyyətinin iflic olduğu və işlərin dayandırıldığı bildirilir.

Bundan öncə iyunun 27-i səhər saatlarında "Yırtıcı sərçə" adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu və İsfahanın "Mübarəkə" polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyil.

Qeyd edək ki, İrailin baş naziri Naftali Bennet iyunun 28-də kiber-hücumlarla bağlı İrana xəbərdarlıq edib və bu ölkənin buna görə bədəl ödəyəcəyini deyib.

O, İranın əhəmiyyətli iqtisadi müəssisələrinə geniş kiber hücumlardan bir gün sonra bildirib ki, əgər İran İsraillə kiber müharibəyə daxil olsa, bunun ağır nəticələrinə dözməli olacaq. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar