SON XƏBƏRLƏR

İranın onlarla şəhərində etiraz aksiyaları başlayıb

2022.09.30, 19:23
İranın onlarla şəhərində etiraz aksiyaları başlayıb

Gunaz.tv

Sentyabrın 30-u gecə saatlarında İranın onlarla şəhərində yenidən geniş etiraz aksiyaları keçirilməyə başlayıb.

Tehran, Təbriz, Sənəndəc, Əhvaz, Abadan, Dezful, Məşhəd, kərəc, Lahican, Məşhəd, Kirman, Saqqız və başqa şəhərlərdə küçələrə axışan narazı kütlə Əli Xameneyi və diktator sistem əleyhinə şüarlar səsləndiriblər.

Verilən məlumatlarda hökumət qüvvələrinin etirazçıların qarşısını almaqda çətinlik çəkdikləri. güclərinin tükəndiyi bildirilir.

Zahidan şəhərindən verilən məlumat və yayılan videolarda gecə saatlarında şəhərdə yüngül və ağır silahlardan atəş açıldığı görünür.

Hökumətin iddialarına baxmayaraq, şəhərə nəzarətin itirildiyi bildirlir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar