SON XƏBƏRLƏR

İranın quru qoşunlarının komandanı etirazçıları “milçək” adlandırdı

2022.11.10, 05:54
İranın quru qoşunlarının komandanı etirazçıları “milçək” adlandırdı

Gunaz.tv

Noyabrın 9-da İran ordusunun quru qoşunlarının komandanı etirazçıları “milçəklərə” bənzədib və "bu gün onlara qarşı istənilən səviyyədə mübarizə aparılmamasını Ali Baş Komandanın göstərişi olmadığı" ilə əlaqələndirib.

O, etirazçıları təhdid edib və deyib ki, əgər Əli Xameneyi göstəriş versə etirazçıların İranda yeri olmayacaq.

Narazıları xarici qüvvələrin və düşmənlərin oyuncağı adlandıran Kiyumərs Heydəri onların istəklərinə çata bilməyəcəklərini iddia edib.

Noyabrın 8-də də Ordunun Ali Baş Komandanı Əbdülrəhim Musəvi etirazçıları iğtişaşçı adlandıraraq onların hədəfinin İranı parçalamaq olduğunu demişdi.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar