SON XƏBƏRLƏR

İranın İrşad və Mədəniyyət Nazirliyinin rəsmi saytına haker hücumu olub

2022.04.02, 08:25
İranın İrşad və Mədəniyyət Nazirliyinin rəsmi saytına haker hücumu olub

Gunaz.tv

Nazir müavini Yasir Əhmədvənd bəyan edib ki, Mədəniyyət və İslami İrşad Nazirliyinin sistemlərinə kiberhücumdan sonra texniki həmkarlar, ekspertlər və məsləhətçilər problemin aradan qaldırılması üçün intensiv işlərə başlayıblar.

Tehran rejiminə müxalif təşkilatlar nazir müavininin saytdan heç bir məlumatın oğurlanmaması ilə bağlı iddialarını əsassız sayıb və çox həcmdə məlumatların götürüldüyünü yazıblar.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb. 

Timor
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar