SON XƏBƏRLƏR

"İnternet məhdudiyyətlərinin aradan qaldırılmasına qərar vermək mənim ixtiyarımda deyil"-İranın rabitə naziri

2022.10.06, 07:45
"İnternet məhdudiyyətlərinin aradan qaldırılmasına qərar vermək mənim ixtiyarımda deyil"-İranın rabitə naziri

Gunaz.tv

İsa Zarepur oktyabrın 5-də, iki parlament komissiyasının iclasında iştirak etdikdən sonra, jurnalistin internet məhdudiyyətlərinin nə vaxt aradan qaldırılacağı ilə bağlı sualına cavab verib.

“Bu məsələ ilə bağlı qərar vermək məndən asılı deyil. Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi Daxili İşlər Nazirindən soruşmalısınız”,- deyə, o bildirib.

Bununla yanaşı Rabitə naziri vətəndaşlardan daxili internet resursları və təklif olunan yerli sosial media vasitələrindən istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, 19 gündür davam edən etirazların İranın müxtəlif şəhərlərinə yayılması ilə eyni vaxtda İslam Respublikasının hakimiyyət orqanları keçmişdə olduğu kimi istifadəçilərin internetə çıxışına ciddi məhdudiyyətlər qoyub.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar