SON XƏBƏRLƏR

İranın Kürdüstan əyalətində kütləvi həbslər olub: 27 nəfər saxlanılıb

2021.11.13, 13:13
İranın Kürdüstan əyalətində kütləvi həbslər olub: 27 nəfər saxlanılıb

Gunaz.tv

Kürdüstan əyalətindəki hüquq müdafiəçilərinin və digər kürd mənbələrinin yaydığı xəbərə görə, noyabrın 11-dən Banə şəhərindən və onun dörd kəndində başlanan kütləvi həbslər daha geniş miqyas alaraq, Saqqız və Mərivan şəhərlərinə də çatıb.

Bildirilir ki, İran təhlükəsizlik qüvvələri noyabrın 12-də daha 7 kürdü Saqqız və Mərivan şəhərlərində tutaraq naməlum istiqamətə aparfıblar.

Həbs edilənlərin evlərində yoxlamalar aparıldığı, onlara məxsus bir sıra şəxsi əşyaların götürüldüyü, bəzən isə onların ailə üzvlərinin döyülərək təhdid edildiyi bildirilir.

Qeyd edilir ki, həbs olunanların hazırda Sənəndəcdə ETTELAAT İdarəsinin təcridxanasında saxlanılaraq dindirilir. 

Həbs edilən kürdlərin adları və onların hansısa müxalif kürd partiyalarına bağlı olub-olmaması barədə məlumat yayılmayıb. 

Xatırladaq ki, ETTELAAT əməkdaşları noyabrın 11-də Kürdüstan əyalətinin Banə şəhərində və onun ətraf kəndlərində əməliyyat keçirib.

Yerli kürd mənbələrinin dediyinə görə, Qızıl Aypara Cəmiyyətinin maşınlarında bölgəyə gələn, Banədə və onun ətrafındakı Nəcnə, Çuman, Kupiç və Nəmşir kəndlərində geniş əməliyyat keçirən ETTELAAT qüvvələri ən azı 20 kürdü həbs edib və onlardan bəzilərini tutmaq üçün hətta pilotsuz uçuş aparatlarından da istifadə edib.

Həbs edilən kürdlərin evlərində axtarış aparılıb, onlara məxsus noutbuklar, mobil telefonlar, foto kameralar, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb.

Yerli kürd mənbələrinin bildirdiyinə görə, cari ilin aprel ayından indiyə qədər Kürdüstanda 247 kürd müxtəlif ittihamlara görə həbs edilib və onlardan 37-si həbsə məhkum edildiyi halda 136 nəfəri edam edilib. 

Həbs edilən və ya edam edilən kürdlərin əksəriyyətinin isə yaraqlı kürd partiyaları ilə əməkdaşlıqda, separatizmdə, sistemə qarşı çıxmaqda və ictimai rəyi hakimiyyətin əleyhinə təhrik etməkdə günahlandırıldığı bildirilir.

استمرار بازداشت شهروندان کورد در شهرهای کردستان روند افزایشی دارد

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar