SON XƏBƏRLƏR

İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması üçün FİFA-ya müraciət edildi

2022.10.04, 10:44
İranın futbol üzrə dünya çempionatından kənarlaşdırılması üçün FİFA-ya müraciət edildi

Gunaz.tv

Məlumata görə, insan haqları qrupu Dünya Futbol Federasiyasına (FİFA) ünvanladığı məktubda qadınlara qarşı rəftar və onların stadionlara buraxılmaması səbəbindən İran millisinin Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını istəyib.

"Reuters"-in insan haqları qrupuna istinadən İranın 2022-ci ildə keçiriləcək dünya çempionatından uzaqlaşdırılmasını tələbi ilə bağlı yaydığı məlumat, FİFA-nın baş katibinin çempionata lisenziya qazanan 32 komandanın hamısının yarışlarda iştirak edəcəyi barədə açıqlamasından sonraya təsadüf edir.

Bundan bir müddət öncə İran hökuməti FİFA-nın qadınların stadionlara girişinə qadağa qoyması üçün bu ölkənin çempionatdan uzaqlaşdırılacağından çəkinərək qadınların futbol yarışlarını izləməsi üçün şərayit yaradacağı barədə vədlər verib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar