SON XƏBƏRLƏR

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022.08.16, 04:29
İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

Gunaz.tv

Məlumata görə, İranın cavabında problemli nəsə yoxdur.

Ancaq İran rəsmilərinin son saatlara kimi Amerikanın məsələ ilə bağlı daha yumşaq mövqe göstərməli olduğunu vurğulamaları, onların təklif edilən mətndə dəyişiklik istədiklərinə işarə edir.

"İndi razılaşmanın sonunun başlanğıcındadırlar, lakin sazişin sona çatması üçün bu başlanğıcın nə qədər davam edəcəyi Amerika tərəfindən asılıdır. Amerikanın cavabı çevik olarsa, razılaşma nöqtəsindəyik, əks halda daha çox danışmalıyıq.

Biz Amerika tərəfi ilə üç məsələ ilə bağlı mesajlar mübadiləsi aparırıq. Biz açıq şəkildə dedik ki, amerikalılar bu üç məsələ ilə bağlı bizə öz rəylərini bildirsələr, biz razılaşmanı elan etməyə və Vyanada yekun görüş keçirməyə hazırıq"-deyə. İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan bildirib.

Başqa bir məlumata görə, İran müdafiə məsələləri ilə bağlı təklif olunan həll variantını qəbul edib, ancaq hələ də iqtisadi təminat almaqda israrlıdır.

Bəzi qərb mənbələri bildirirlər ki, əgər İran ümumilikdə bu sahədə Avropanın həll variantını rədd edibsə, danışıqların uğursuzluğu mütləqdir.

Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays isə bir daha İranın təklif edilən mətnlə razılaşmayacağı təqdirdə daha çox sanksiya və təzyiqlərlə üzləşəcəyini deyib.

"İcazə verin, Amerikanın mövqeyini bir daha bəyan edim, prezident Co Baydenin dediyi kimi, biz heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, İranın onu əldə etməməsi üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. 

Biz həmçinin İranın regional və hətta ondan kənar hərəkətlərinin, məsələn, Amerikanın keçmiş hökumət rəsmilərinə qarşı hücumların və Amerika vətəndaşlarına qarşı digər təhdidlərin qarşısını almaq üçün əlimizdə olan imkanlardan istifadə edəcəyik"-deyə, Ned Prays İrana xəbərdarlıq edib.

Analitiklərin fikrincə, Avropa Birliyinin İrana təklif etdiyi hər iki həll variantı sazişin mətnində formal dəyişikliklərdir və onların heç biri faktiki olaraq İranın tələblərinə substantiv cavab vermir.

Əgər İran MAQATE ilə təminat məsələlərində razılığa gəlsəydi, qərb tərəflərinin bunu dəstəkləyəcəyi, Bayden Ağ Evdə olduğu müddətdə isə İranla razılaşmasına sadiq qalacağı aydındır.

Başqa sözlə, Avropa Birliyinin təklif etdiyi hər iki həll variantı praktiki olaraq sazişin mətninə aydınlıq gətirməkdən başqa bir şey deyildi.

Ona görə də çox güman ki, İran müdafiə məsələləri ilə bağlı təklifi qəbul edərək, razılaşmanın mümkün uğursuzluğunu Bayden hökumətinin üzərinə atmaq istəyir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar