SON XƏBƏRLƏR

ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

2021.12.08, 08:55
ABŞ İranın xüsusi polis bölmələrinə və SEPAH komandirlərinə sanksiya tətbiq edib

Gunaz.tv

Bəyanatda bildirilir ki, adları ABŞ Maliyyə Nazirliyinin siyahısına salınan şəxslər və qurumlar 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə bahalaşasına qarşı ölkənin yüzdən çox şəhərində keçirilən kütləvi etirazlarda dinc etirazçılara qarşı amansız repressiyalarda günahlandırılırlar.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, SEPAH terror təşkilatının komandiri Seyid Rza Musəvi Əzəmi, SEPAH müstəntiqlərindən olan Əli Hemmətiyan və Məsud Səfdəri, xüsusi polis bölmələrinin komandanı Həsən Kərəmi, Qərçək zindanının rəisi Suğra Xudadadi, dinc etirazçılara odlu silahlardan atəş açılmasına birbaşa əmr verən Qüds şəhərinin (Həsənxan Qalası) fərmandarı Leyla Vasiqi, SEPAH-ın

özəl qüvvələrinin komandanı Möhsün İbrahimi, SEPAH quru qüvvələrinin cənub-şərq “Qüds! Qərargahının komandanı Məhəmməd Kərəmi və İran hüquq-mühafizə qüvvələrinin “Nopo” adı ilə tanınan özəl repressive bölmələri, Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında həmçinin bildirilir ki, insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rol oynayan və dinc müxaliflərə qarşı qanlı repressiyalarda fəal iştirak edən və İran hüquq-mühafizə qüvvələrinin nəzdində fəaliyyət göstərən “Vilayət mühafizəsinin özəl təyinatlıları” təşkilatı, İsfahanın Dəstgerd zindanı, eləcə də Zahidan həbsxanasının adları sanksiyalar siyahısına əlavə edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar