SON XƏBƏRLƏR

İran neftini daşıyan Rusiya gəmisi saxlanılıb

2022.04.20, 07:43
İran neftini daşıyan Rusiya gəmisi saxlanılıb

Gunaz.tv

Qurum aprelin 19-da elan edib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Moskvaya qarşı Avropa Birliyinin sanksiyaları çərçivəsində atılıb.

Neft tankerinin saxlanılmasını Amerika müsbət qarşılayıb və yayınladığı açıqlamada Rusiya gəmisinin İran neftini daşıdığını bildirib.

“Reuters”in məlumatına görə, 19 ekipaj üzvü olan və Rusiya bayrağı altında üzən “Pegasus” tankeri Oyanın cənub sahilində Karistos yaxınlığında saxlanılıb. 

İrana məxsus tankerlərin peyklər vasitəsilə hərəkətini izləyən Amerikada yerləşən “İranın Nüvə Proqramına Qarşı Alyans” bildirir ki, Pegasus tankerində avqust ayında İranın Siri adasına yüklənmiş 700 min barel İran nefti var.

Qrupun məlumatına görə, neft tankeri “Pegasus” Yunanıstana yola düşməzdən əvvəl yükünü Türkiyə limanlarından birində boşaltmaq niyyətində olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar