SON XƏBƏRLƏR

İran universitetlərində kütləvi tətilə çağırış edilib

2022.09.26, 06:13
İran universitetlərində kütləvi tətilə çağırış edilib

Gunaz.tv

Həmədan, Əhvaz, Tehran, İsfahan və başqa bir neçə şəhərin öyrənciləri müəllimləri də aksiyalara qoşulmağa, xalqa dəstək verməyə çağırıblar.

Bununla yanaşı İran Təhsil İşçiləri Həmkarlar İttifaqlarının Koordinasiya Şurası bəyanat yayıb.

"Xalq etirazlarının kütləvi şəkildə yatırılması, bəzi məktəblərin kazarmaya çevrilməsi və nümayişlərə qatılan öyrəncilərin həbsinə etiraz edirik"- bəyanatda belə deyilir.

Bəyanatı imzalayanlar müəllimləri və öyrənciləri bazar ertəsi və çərşənbə axşamı tətil etməyə çağırıblar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar