SON XƏBƏRLƏR

İran İnsan Haqları təşkilatı öldürülən etirazçıların sayını açıqlayıb

2022.09.30, 05:09
İran İnsan Haqları təşkilatı öldürülən etirazçıların sayını açıqlayıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı İranda davam edən etiraz aksiyaları zamanı 16 əyalətdə 83 nəfərin hökumət qüvvələrinin açdığı bir başa atəş nəticəsində həyatlarını itirdiyini bildirib.

Dinc aksiyaçılara qarşı odlu silahlardan istifadə edilməsini bəşəriyyətə qarşı cinayət adlandıran İran İnsan Haqları Təşkilatı beynəlxalq qurumların və dünya ictimaiyyətinin buna reaksiya verməsini istəyib.

Təşkilatın məlumatında Mazəndəran əyalətində 26 nəfər, Gilan 11, Qərbi Azərbaycan 11, Kirmanşah 6, Kürdüstan 6, Əlborz 5, Tehran 4, Kohgiluyə və Boyerəhməd 2, İsfahan 2, Xorasan-i Rəzəvi 2, Zəncan 2, Qəzvin 2, Şərqi Azərbaycan 1, Simnan 1, İlam 1 və Buşehrdə 1 nəfərin güllələnərək öldürüldüyünü qeyd edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar