SON XƏBƏRLƏR

İran ordusu Türkiyə ilə sərhəddə hərbi təlimə başlayıb

2022.10.24, 09:13
İran ordusu Türkiyə ilə sərhəddə hərbi təlimə başlayıb

Gunaz.tv

İran ordusunun Quru Qoşunlarının Qərbi Azərbaycan əyalətinin Piranşəhr (Xana) bölgəsindəki 164-cü Səyyar Hücum Briqadasının komandiri deyib: "Piranşəhrin Pesuh bölgəsində döyüş qüvvələrinin iştirakı ilə “Nümunəvi tabor” adlı üç günlük təlim keçirilir.

"Hazırkı təlimlər dünən başlayıb və bu briqadanın döyüş gücünü qiymətləndirmək və imkanlarını nümayiş etdirmək üçün bu gün və sabah keçiriləcək.

Təlimdə iştirak edən qüvvələr təşkilati döyüş alətlərindən və yüngül, yarı ağır və ağır silahlardan təlimin məqsədlərinə uyğun olaraq istifadə edir, döyüş və müdafiə imkanlarını nümayiş etdirirlər",- deyə, Polkovnik Həmid Firuzcayi İRNA-ya açıqlamasında deyib.

 O, əlavə edib: “Hərbi təlimdə ərazidə mövcud qüvvələr desant əməliyyatı, gecə hücumu, helikopter döyüşü, rabitə yollarına nəzarət və yüksəkliklərin ələ keçirilməsi kimi əməliyyatları yerinə yetirir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar